Niyə PVC Pəncərə Ən Yaxşı Seçimdir?
PVC (Polivinilxlorid) – yüksək texnologiya ilə gücləndirilmiş, uzunömürlü və dayanıqlı bir polimer materialıdır. Müasir pəncərə və qapı sistemlərində istifadə edilməsinin səbəbi, onun təqdim etdiyi bənzərsiz üstünlüklərdir. Biz sizə istənilən rəng və dizaynda PVC məhsulları təklif edirik.
Yüksək İstilik İzolyasiyası
Çoxkameralı profil və cüt şüşə paketləri sayəsində istiliyi qoruyur, enerji xərclərinə 30-40%-ə qədər qənaət etməyinizə imkan yaradır.
Effektiv Səs İzolyasiyası
Şəhər səs-küyündən sizi təcrid edərək evinizdə sakit və komfortlu bir mühit yaradır, dincəlməyinizə şərait yaradır.
Uzunömürlülük və Dayanıqlılıq
PVC materialı çürümür, paslanmır, rütubətdən təsirlənmir və illər sonra belə ilkin görünüşünü və funksionallığını qoruyub saxlayır.





